• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Samir Abasovdan GÖZLƏNİLƏN açıqlama: "Azarkeşlər..."

İDMAN

16 Oktyabr 2024 | 14:35

Samir Abasovdan GÖZLƏNİLƏN açıqlama: Azarkeşlər...

"Neftçi" Peşəkar Futbol Klubunun yeni təyin edilmiş baş məşqçisi Samir Abasov "Neftçi TV"-yə ilk dəfə açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, azarkeşlərlə bağlı bir çox vacib məsələyə toxunub: 

"Böyük klubun böyük azarkeşi olar. Bu sözlər tam bizim azarkeşlər üçündür. Mən bir baş məşqçi kimi yox, futbolçu kimi onlara səslənirəm, bizim çox yaxşı futbolçularımız var, hansı ki, onlarla söhbət edəndə görürəm ki, onların sizin dəstəyinizə ehtiyacı var. Sizdən xahiş edirəm, öz dəstəyinizi onlardan əsirgəməyin. Mən bilirəm siz istəyirsiniz, bunu mən çox yaxşı anlayıram. Gəlin oyunçulara dəstək olun, onlar çox yaxşı işlər bacaracaq futbolçulardır". 

Qeyd edək ki, "ağ-qaralar"ın yeni idman rəhbəri daha öncə "Sumqayıt" Futbol Klubunun heyətinə nəzarət edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR