• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

İşçilərin nəzərinə: Bu halda ezam üçün ödəniş almayacaqsınız

İQTİSADİYYAT

16 Oktyabr 2024 | 14:45

İşçilərin nəzərinə: Bu halda ezam üçün ödəniş almayacaqsınız

Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.

Bakıvaxtı.az bildirir ki, yeni qərara əsasən:

  • Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir.
     
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30%-i qədər vəsait ödənilir.
     
  • Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75%-i qədər vəsait ödənilir.

Ölkə xaricinə ezam olunma qaydaları isə bir qədər fərqlidir:

Ölkə xaricində dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının yenə də 40 %-i qədər, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-i deyil, 65 %-i qədər vəsait ödənilir.

Bəs, yaxşı, şəxs xaricə gedibsə və bütün xərclər dəvət edən tərəfdən təmin edilirsə bu zaman nə baş verir? İşçiyə heç bir əlavə ödəniş olunmur?

Məlumata görə, əgər dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin edirsə bu zaman təşkilat tərəfindən işçiyə heç bir əlavə ödəniş edilmir.

Qeyd edək ki, Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin. /milli.az


SON XƏBƏRLƏR