• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Azərbaycanın qədim şərab istehsalçısının sədri dəyişdi -FOTO

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:20

Azərbaycanın qədim şərab istehsalçısının sədri dəyişdi -FOTO

Azərbaycanın qədim şərab istehsalçısı olan “Göygöl Şərab Zavodu” ASC-nin İdarə Heyətinin sədri dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Hacıyev Rauf Akif oğlu təyin olunub.

Qeyd edək kİ,  Raif Hacıyev 26 iyul 1986-ci il tarixində anadan olub. 2007-ci ildə ali təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə Kredit ixtisası üzrə bitirib. Daha sonra 2007-ci ildə UNEC-in həmin ixtisas üzrə magistr dərəcəsinə qəbul olub və 2010-cu ildə bitirib.

R.Hacıyev 2021-2022-ci il tarixləri ərzində “Cardiff Metropolitan University”-də “Master of Business Administration” ixtisası üzrə maqistr təhsilini uğurla bitirib.

Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb.


SON XƏBƏRLƏR