• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Serena Uilyams əməliyyat olundu

İDMAN

16 Oktyabr 2024 | 13:30

Serena Uilyams əməliyyat olundu

Amerikalı sabiq tennisçi Serena Uilyams əməliyyat olunub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

S.Uilyams mayda boynunda şiş aşkarlandığını söyləyib:

"Dərhal həkimə getdim, MRT etdirdim və boynumda kista olduğu müəyyənləşdi. Mənə dedilər ki, istəməsəm, onu çıxarmaya bilərəm. İstəmədim, amma şiş böyüməyə davam etdi. O, qreypfrut boyda idi və fəsadları ola bilərdi. Beləliklə, şişi çıxartdırdım. Əməliyyatın yaxşı keçdiyi və sağlam olduğum üçün xoşbəxtəm".

43 yaşlı sabiq idmançı dördqat olimpiya çempionu, həmçinin 38 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub.

Qeyd edək ki, S.Uilyams peşəkar karyerasını 2022-ci ildə bitirib.


SON XƏBƏRLƏR