• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi AÇIQLANDI

SİYASƏT

16 Oktyabr 2024 | 13:17

Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi AÇIQLANDI

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın (transfertin yuxarı həddi) həcmi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 320 milyon 529 min manat olacaq.

    Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 336 milyon 460 min manat olub.

    Beləliklə, dotasiyanın həcmi 15 milyon 931 min manat, yaxud 4,7 faiz azalıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR