• Bakı 26° C

    5.91 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Əli Əsədov Axim Ştaynerlə görüşüb

SİYASƏT

15 Noyabr 2024 | 10:12

Əli Əsədov Axim Ştaynerlə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

    Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Avqust 2026
    21 Avqust 2026