• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr...

SİYASƏT

13 Dekabr 2024 | 20:37

Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr...

Qarabağ müharibəsi zamanı dezinformasiya var idi. Xüsusilə, erməni mənbələri tərəfindən süni şəkildə yaradılmış təsvirlər istifadə edildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.

"İnformasiya müharibəsi və ciddi dezinformasiya kampaniyaları Ermənistan tərəfindən hələ də davam edir", - Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev, həmçinin söyləyib ki, süni intellekt Azərbaycan hökumətinin prioritetləri sırasındadır: “Dövlət xidmətləri, yaxşı idarəetmə, təhsil sistemi, media və diplomatiya süni intellektin Azərbaycana fayda verəcəyi ilk sahələrdir”.


SON XƏBƏRLƏR

15 Yanvar 2025