• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

“Razılıq əldə olunub” sözü hesab edirik ki, gecikib - Ceyhun Bayramov

SİYASƏT

15 Noyabr 2024 | 11:58

“Razılıq əldə olunub” sözü hesab edirik ki, gecikib - Ceyhun Bayramov

Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması yeni mövzu deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra demək olar ki, “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi.

Hələ bununla bağlı elanlar yoxdusa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycanda isə öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırlacaq”.


SON XƏBƏRLƏR

18 Aprel 2025