• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

ADU-nun tələbələrinə 3 aydır təqaüd verilmir

CƏMİYYƏT

16 Oktyabr 2024 | 11:44

ADU-nun tələbələrinə 3 aydır təqaüd verilmir

Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.

Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

“Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.


SON XƏBƏRLƏR