• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Rusiyada miqrantların müvəqqəti yaşaması üçün kvotanı azaldıb

DÜNYA

16 Oktyabr 2024 | 13:28

Rusiyada miqrantların müvəqqəti yaşaması üçün kvotanı azaldıb

Rusiya hökuməti 2025-ci il üçün əcnəbilərin Rusiyada müvəqqəti yaşaması üçün kvotanı 5,5 minə endirib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı sərəncam imzalanıb.

Sərəncamda bildirilib ki, 2025-ci ilə qədər xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiyada 5,5 min müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyən edilsin və bu, təsis qurumları tərəfindən bölüşdürülsün. 

İcazələrin tam həcmi Rusiya regionları arasında müraciətlərə uyğun olaraq bölünəcək.

Qeyd edək ki, 2024-cü ildə bu kvota 10 595 olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR