• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

“Mən nə İtaliya, nə də Fransa brendlərini geyinirəm” - Paşinyanın həyat yoldaşı

DÜNYA

16 Oktyabr 2024 | 11:50

“Mən nə İtaliya, nə də Fransa brendlərini geyinirəm” - Paşinyanın həyat yoldaşı

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirib ki, o, nə İtaliya, nə Fransa, nə də başqa ölkədə istehsal olunan paltarları geyinir. Anna Akopyan İrəvandakı xarici brend mağazalardan da alış-veriş etmədiyini söyləyib.

Bakıvaxtı.az xəbər verir ki, baş nazirin xanımı bu barədə Facebook hesabında yazıb.

O, geyimlərini erməni dizaynerlərə sifariş etdiyini və Ermənistanda istehsal olunan mallara üstünlük verdiyini deyib.

“Gələcəkdə də bütün tədbirlərdə məni erməni dizaynerlərinin əl işlərini əks etdirən geyimlərdə görəcəklər”, - Anna Akopyan bildirib.

“Dizaynerlərimiz öz işlərini nə qədər inkişaf etdirib təkmilləşdirsələr, ümid edirəm ki, bir o qədər yaxşı görünəcəyəm”, - baş nazirin həyat yoldaşı əlavə edib.

A.Akopyan əməkdaşlıq etdiyi erməni dizaynerlərə təşəkkürünü bildirib:

“Gördüyünüz işə, daha yaxşı və daha keyfiyyətli təmin etmək üçün göstərdiyiniz fasiləsiz səyə görə sizə təşəkkür edirəm".Modern.az


SON XƏBƏRLƏR