• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Parisdə Fransa-İsrail matçına etiraz edilib

DÜNYA

15 Noyabr 2024 | 09:32

Parisdə Fransa-İsrail matçına etiraz edilib

Fransanın paytaxtı Parisin ətrafı Sen-Denidə Fransa-İsrail futbol matçına etiraz olaraq nümayiş keçirilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Fələstin tərəfdarları bu axşam yerli vaxtla saat 20.45-də başlayan Fransa-İsrail matçının keçiriləcəyi Parisin ətrafı Sen-Denidə toplaşıb.

Xalq Cəbhəsi Meydanında keçirilən nümayişdə fəallar əllərində Fələstin bayraqları və “Soyqırımı dayandırın”, “Biz soyqırımla oynamırıq” və “Qəzzada öldürülənlərin 70 faizi qadın və uşaqlardır” yazılı plakatlar qaldırıblar.

“Yaşasın Fələstin xalqının mübarizəsi”, “Parisdən Qəzzəyə müqavimət”, “Azad Fələstin” şüarları səsləndirən nümayişçilər İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda Fransa rəsmilərinin Fransa-İsrail matçını oynamağa icazə vermələrinə reaksiya verib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Iyun 2025