• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

ƏDV üzrə proqnoz artırılıb

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:07

ƏDV üzrə proqnoz artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 milyard 326,2 milyon manatının və yaxud 21,7 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 758,2 milyon manatını və yaxud 45,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 568 milyon manatını və yaxud 54,9%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 15,
7 % az və 25,2 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


SON XƏBƏRLƏR