• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı - YENİLƏNİB

HADİSƏ

16 Oktyabr 2024 | 14:39

Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı - YENİLƏNİB

Oktyabrın 16-da saat 08:20-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 nəfər qadın cinsli, 3 nəfər kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

    Məlumata görə, onlardan bir nəfər 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

    1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.

    2000-ci il təvəllüdlü şəxsə (kişi cinsli) əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb. 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, bazu oynağının əzilməsi diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir. 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üz nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    13:45

    Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az “Trend”ə istinadən xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

    Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub.

    Yaralı şəxslərin siyahısı:

    Yaqubova Şölə Əlizadə qızı (1989-cu il təvəllüdlü) - Diaqnoz: Almacıq sümüyü və əngin sınığı. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

    Elmira Kərimova Tahir qızı (1988-ci il təvəllüdlü) - Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hazırda Siyəzən RMX-da stasionar müalicədədir.

    Kərimov İlqar İsrafil oğlu (1966-cı il təvəllüdlü) - Diaqnoz: Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi. Hazırda Acil şöbəsində tibbi yardım göstərilir.

    Yaqubov Çingiz Ramiz oğlu (1988-ci il təvəllüdlü) - Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.

    Rüstəmov Rəşad Nizami oğlu (2000-ci il təvəllüdlü) - Diaqnoz: Sağ əlin V daraq sümüyünün sınığı. Müalicədən imtina edib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR