• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

ABŞ-Ermənistan müdafiə tərəfdaşlığı məsələləri müzakirə olunub

DÜNYA

16 Oktyabr 2024 | 13:40

ABŞ-Ermənistan müdafiə tərəfdaşlığı məsələləri müzakirə olunub

Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ-yə işgüzar səfər edib.

Bakıvaxtı.az "Verelq.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Edvard Asryan səfər çərçivəsində Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin direktoru ilə görüşüb. 

Görüşdə ABŞ-Ermənistan müdafiə tərəfdaşlığının hazırkı gedişatı, qarşıda duran proqramlar və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR