• Bakı 14° C

    1.25 m/s

Aksiz vergisi üzrə proqnoz artırılıb

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:11

Aksiz vergisi üzrə proqnoz artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 840,7 milyon manatının və yaxud 4,8 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,5 % çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 655,7 milyon manatını və yaxud 89,95 %-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 185 milyon manatını və yaxud 10,05 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 21 % çox və eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026