• Bakı 16° C

    13.56 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

2 nəfərə bıçaqla xəsarət yetirən gənc saxlanıldı - YENİLƏNİB

HADİSƏ

26 Iyul 2024 | 10:05

2 nəfərə bıçaqla xəsarət yetirən gənc saxlanıldı - YENİLƏNİB

İyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Bakıvaxtı.az-a  bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar Binəqədi Rayon Polis İdarəsində davam etdirilir.

    ***

    09:19

    Binəqədidə 2 nəfər bıçaqlanıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

      Yaşadıqları evin yaxınlığında yerləşən kafenin qarşısında tanımadıqları şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Alışov Pərviz Ağaverdi oğlu və 1999-cu il təvəllüdlü Mirzəyev Elcan Şahüseyin oğlu bıçaqlanıb.

      2002-ci il təvəllüdlü İmanov Pənah Xanad oğlu şübhəli şəxs qismində saxlanılıb.

      Fakt araşdırılır.


      SON XƏBƏRLƏR

      17 Oktyabr 2024