• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lerikdə yol qəzası: Yaralılar var

HADİSƏ

24 Avqust 2024 | 17:02 | Müəllif: Gülşən Şərif

Lerikdə yol qəzası: Yaralılar var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.

Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olanlar - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026