• Bakı 10° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

2025-ci ilin büdcəsi iqtisadi fiskal hədəflərə uyğundur

CƏMİYYƏT

25 Noyabr 2024 | 16:09

2025-ci ilin büdcəsi iqtisadi fiskal hədəflərə uyğundur

"Bu gün biz müstəqillik tarixinin ən böyük büdcəsini müzakirə edirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2025-ci ilin büdcəsi iqtisadi fiskal hədəflərə uyğundur.

V. Bayramov nəzərə çatdırıb ki, yaşıl xərclənmə meyarından istifadə olunmalıdır ki, bu büdcə xərcləmələrinin səmərəliliyi baxımından vacibdir.

Deputat həmçinin bildirib ki, iqtisadi proqnozlaşdırmada yeni metodlardan istifadəyə ehtiyac var.

"2025-ci ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib amillərdən biridir. Amma real və nominal effektiv məzənnədə dəyişikliklərin olması da əhəmiyyətlidir. Həmçinin, fiskal iqtisadi siyasətin valyuta bazarındakı tarazlığına ehtiyac var".

Mina Mikayılova


SON XƏBƏRLƏR