Xəbər verdiyimiz kimi, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə təyyarədə olan şəxslərdən beş nəfəri ekipaj üzvü olub.
Onlardan Aydan Rəhimlinin sağ olması ilə bağlı məlumat yayılıb.
Belə ki, onun qardaşı olduğunu iddia edən şəxs bu barədə "Telegram" platformasındakı kanalların birində qeyd edib:
"Siyahıdakı Aydan Rəhimlinin qardaşıyam. Bacım sağdır".
Qeyd edək ki, digər ekipaj üzvlərinin vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur.
Əli Hüseynov