• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sabah hava yağmursuz olacaq - PROQNOZ

CƏMİYYƏT

24 Yanvar 2025 | 12:22

Sabah hava yağmursuz olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-aa verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR