• Bakı C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Qarlı hava nə vaxtadək davam edəcək?

CƏMİYYƏT

23 Fevral 2025 | 09:47

Qarlı hava nə vaxtadək davam edəcək?

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin fevralın 24-ü günorta saatlarınadək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sürücülərə və piyadalara təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.

Qeyd edək ki, saat 09:00-a Bakı və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir. Temperatur normadan aşağı düşərək, bölgədə soyuq hava şəraitini gücləndirib. 

Azərbaycanın müxtəlif bölgələrində qar örtüyünün hündürlüyü fərqlidir:

Zaqatala (Əlibəy) – 82 sm
Lerik – 62 sm
Qax (Sarıbaş) – 50 sm
Şəki – 39 sm
Qəbələ və Balakən – 22 sm
Kəlbəcər, Yardımlı, Daşkəsən və Şahbuz – 20 sm
Qrız, Oğuz və Gədəbəy – 19 sm
Lənkəran, Şahdağ və Naxçıvan – 16 sm
Astara – 15 sm
Neftçala – 14 sm
Biləsuvar, Göygöl və Şuşa – 12 sm
Qobustan və Sədərək – 11 sm
İmişli və Zərdab – 7 sm
Cəlilabad və Göyçay – 6 sm
Ağdam, Mingəçevir və Quba – 5 sm
Ceyrançöl, Füzuli və Kürdəmir – 4 sm
Tovuz, Yevlax, Tərtər və Qusar – 3 sm
Gəncə, Bərdə və Ağstafa – 2 sm
Goranboy, Naftalan, Ordubad, Şəmkir və Şərur – 1 sm
Bakı və Abşeron yarımadası – 6 sm


SON XƏBƏRLƏR

22 Fevral 2025