• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb 

CƏMİYYƏT

25 Mart 2025 | 06:04 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir. Qeyd olunur ki, tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.

Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirir. İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır.

Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026