• Bakı 16° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Qubada körpü çökdü - 30-dan çox kəndin yolu bağlandı - YENİLƏNİB

CƏMİYYƏT

23 Aprel 2025 | 21:55

Qubada körpü çökdü - 30-dan çox kəndin yolu bağlandı - YENİLƏNİB

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər", - A.Nəcəfli bildirib.

Onun sözlərinə görə, sabah agentliyin mütəxəssisləri tərəfindən körpüyə baxış keçiriləcək: "Bundan sonra körpünün vəziyyəti ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq".

 

***19:28

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.

    Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.

    Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.


    SON XƏBƏRLƏR