• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Vərəm xəstələrinin sayı kəskin artıb

CƏMİYYƏT

24 Mart 2025 | 17:23

Vərəm xəstələrinin sayı kəskin artıb

2023-cü ildə Avropa regionunda vərəm xəstəliyinə yoluxma hallarının sayı öncəki illə müqayisədə 10% artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə TƏşkilatının Avropa bürosunun “Avropada vərəmin epinəzarəti və monitorinqi” adlı hesabatında deyilir.

2023-cü ildə Avropa və Mərkəzi Asiyanı əhatə edən 53 ölkədə 172 mindən çox yeni vərəm və xəstəliyin residiv halları qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricilərinə bərabərdir.Eyni zamanda, Aİ – Avrozona ölkələrində təxminən 37 min nəfərə vərəm diaqnozu qoyulub. 2022-ci ildə isə bu rəqəm 35 min idi.

Hesabatda təqdim olunan statistikaya əsasən, 15 yaşdan kiçik uşaqlar yeni vərəm və residiv hallarının 4,3 faizini təşkil edir və bu göstərici üçüncü ildir ki, ardıcıl olaraq artır. 2022-2023-cü illərdə 650-dən çox uşaqda yeni vərəm halı qeydə alınıb.
 


SON XƏBƏRLƏR

25 Mart 2025