“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ümumi plan yerləri 1309 yer və ya 2.21% artaraq 59 180-dən 60 489-a yüksəlib.
Təhsil səviyyələri üzrə dəyişikliklər belədir:
-I ixtisas qrupu üzrə plan yerləri 2024-cü ildə 19 990 olduğu halda, 2025-ci ildə bu rəqəm 20 445 olub (artım 455 yer, 2.28%).
-II ixtisas qrupu üzrə 14 550-dən 14 935-ə yüksəlib (artım 385 yer, 2.65%).
-III ixtisas qrupu üzrə 15 459-dan 15 583-ə qalxıb (artım 124 yer, 0.80%).
-IV ixtisas qrupu üzrə plan yerləri 4618-dən 4732-yə yüksəlib (artım 114 yer, 2.47%).
-V ixtisas qrupu üzrə isə 4563-dən 4794-ə artıb (artım 231 yer, 5.06%).
Bununla yanaşı bildirib ki, 2025-ci il üzrə plan yerlərinin 28 401-i dövlət sifarişi əsasında ayrılıb ki, bu da ötən illə müqayisədə 2.04% artım deməkdir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul planı da dəyişib:
-11 illik təhsil bazasında qəbul 2024-cü ildə 12 387 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 15 874-ə yüksəlib (artım 3 487 nəfər).
-9 illik təhsil bazasında qəbul isə 10 930-dan 8 144-ə enib (azalma 2 786 nəfər).
Mina Cavidqızı