• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

2033-cü ilə qədər Rusiya orbital stansiyası yaradılacaq

DÜNYA

02 Iyul 2024 | 13:13

2033-cü ilə qədər Rusiya orbital stansiyası yaradılacaq

Rusiyanın Dövlət Kosmik Korporasiyası Roskosmosun rəhbəri Yuri Borisov 2033-cü ilə qədər Rusiya Orbital Stansiyasının yaradılmasının ümumi cədvəlini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki,Roskosmosun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Sənədi həmçinin korporasiyanın müəssisələrinin 19 rəhbər işçisi imzalayıb.

Roskosmos bildirib ki, Rusiya 2027-ci ildə gələcək orbital forpostun ilk tədqiqat və enerji modulunu işə salmağa hazırlaşır.

Roskosmos, həmçinin tədqiqat və enerji modulu ilə birlikdə nüvə orbital stansiyanı formalaşdırmaq üçün 2030-cu ilə qədər universal nodal, şlüz və baza modullarını işə salmağı planlaşdırır.

“İkinci mərhələdə, 2031-ci ildən 2033-cü ilə qədər stansiya iki xüsusi təyinatlı modulu (TsM1 və TsM2) birləşdirərək genişləndiriləcək”, - Roskosmos bildirib.

Günel Abbas


SON XƏBƏRLƏR