• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şteqner: "Almaniya Rusiya ilə danışıqlar aparmalıdır"

DÜNYA

01 Avqust 2024 | 13:13 | Müəllif: Gülşən Şərif

Şteqner: "Almaniya Rusiya ilə danışıqlar aparmalıdır"

"Almaniya öz ərazisində ABŞ-ın uzaqmənzilli raketlərini yerləşdirməkdənsə, Rusiya ilə danışıqlar aparmalıdır". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının (SPD) üzvü Ralf Şteqner deyib.

O, Almaniyanın öz ərazisində Amerika raketlərini yerləşdirməsinin bphranı daha da dərinləşdirdiyini vurğulayıb:

"Biz Rusiya ilə danışıqlara başlaya biləcəyimizi görməliyik. Bu, çətin olsa da, silah toplamaq bizim edə biləcəyimiz ən pis seçimdir. Böhran dövründə vəziyyəti çətinləşdirməmək üçün danışıqlar lazımdır".

Qeyd edək ki, ABŞ Vaşinqtonun NATO-ya sadiqliyini Avropa ölkələrinə nümayiş etdirmək üçün 2026-cı ildən Almaniyada uzaqmənzilli silahlar yerləşdirməyə başlayacağını açıqlayıb. Amerika bu silahlara "SM-6", "Tomahawk" və hipersəs silahlarını daxil etməyi planlaşdırır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026