• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiyada "Mi-8" helikopteri radarlardan itdi - YENİLƏNİB

DÜNYA

31 Avqust 2024 | 12:00

Rusiyada "Mi-8" helikopteri radarlardan itdi - YENİLƏNİB

Kamçatkada radardan itən helikopterin göyərtəsində 22 nəfər olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

    Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb. 

    Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

    ***

    11:20

    Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb. 

    Bakıvaxtı.az-ın “interfax.ru”ya istinadən xəbərinə görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib. 

    Hazırda onun tapılması istiqamətində tədbirlərin görüldüyü bildirilib. 

    Qeyd edək ki, onun göyərtəsində iki pilot və bir nəfər mühəndis olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR