• Bakı 22° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Türkiyə ordusu İraq və Suriyada daha 6 terrorçunu öldürüb

DÜNYA

30 Sentyabr 2024 | 12:00

Türkiyə ordusu İraq və Suriyada daha 6 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının altı silahlısını öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İraqın şimalında Gara bölgəsində dörd, Suriyanın şimalında “Fırat Kalkanı” antiterror əməliyyat ərazisində isə iki PKK terrorçusu öldürülüb.


SON XƏBƏRLƏR