• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyəli jurnalistlər Ermənistana dəvət ediləcək

DÜNYA

30 Oktyabr 2024 | 11:43

Türkiyəli jurnalistlər Ermənistana dəvət ediləcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın Aparatı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrini “Sülh kəsişməsi” təşəbbüsü ilə tanış olmaq üçün Ermənistana dəvət edəcək.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu aparat rəhbəri Arayik Arutyunyan Parlamentdəki çıxışı zamanı deyib.

    Qeyd edək ki, haqqında bəhs olunan layihə 2023-cü ilin oktyabrında Tbilisidə keçirilən “IV Beynəlxalq İpək Yolu Forumu”nda təqdim edilib. İdeyanın məqsədi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur.APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026