• Bakı 26° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Gürcüstan parlamenti mitinqlərə görə ziyarətçilərə bağlanıb

DÜNYA

29 Noyabr 2024 | 11:05

Gürcüstan parlamenti mitinqlərə görə ziyarətçilərə bağlanıb

Gürcüstan parlamentinin rəhbərliyi genişmiqyaslı anti-hökumət nümayişləri ilə əlaqədar qırmızı təhlükəsizlik səviyyəsinin tətbiqi və bununla da Tiflisdəki qanunvericilik binasını ziyarətçilərin üzünə bağlamaq qərarına gəlib. 

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanı bəyanat yayıb.

"Noyabrın 29-dan etibarən parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib. Qırmızı səviyyə zamanı parlament aparatının rəhbəri tərəfindən müəyyən edilmiş şəxslərdən başqa, heç kim Gürcüstan parlamentinə buraxılmayacaq", - bəyanatda vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

02 Sentyabr 2025