Koreya Respublikasının səlahiyyətli prezidenti, baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gəlib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən “Newspim” agentliyi məlumat yayıb.
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.