Estoniyanın keçmiş Prezidenti Arnold Ruutel 97 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Postimees qəzeti məlumat yayıb.
Məlumata görə, Ruutel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib.
Qəzet yazır ki, dekabrın sonunda eks-prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ölümünün səbəbi açıqlanmayıb.
Arnold Rüütel 2001-2006-cı illərdə Estoniya Prezidenti vəzifəsində çalışıb.