• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Həkim-infeksionist: Qızılca infeksiyasının yoluxma göstəricisi nəzarətdədir

CƏMİYYƏT

31 Dekabr 2024 | 15:44

Həkim-infeksionist: Qızılca infeksiyasının yoluxma göstəricisi nəzarətdədir

Soyuq aylarda yoluxma göstəricisinin belə aşağı olması qızılca infeksiyasını nəzarətə götürə bildiyimizin sübutudur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə qızılcaya yoluxma halı kəskin azalıb:

"Ötən il qızılcaya yoluxma sayı yüksək idi. Həmin dönəmdə əvvəlcə peyvənd olunmamış uşaqlar vaksinasiyaya cəlb olunmuşdu. Daha sonra yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bütün bu proseslərin nəticəsində hazırda yoluxma sayının kəskin azaldığını müşahidə edirik".


SON XƏBƏRLƏR

03 Yanvar 2025