“2022-ci ildən başlayaraq yeni çağırışlar əsasında suya qoşulmanın həm müasir tələblər əsasında formalaşdırılması, həm də əlçatanlıq baxımdan rahat üsullarla həyata keçirilməsinə nail olunub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.
Onun sözlərinə görə, ötən ilin may ayında prezidentin imzaladığı sərəncam əsasında su şəbəkəsinə qoşulma ilə bağlı əhəmiyyətli dəyişiklər edilib.
“Bu bizə imkan verdi ki, müvafiq qayda əsasında su şəbəkəsinə qoşulmanın yeni prosedurları müəyyən olunsun”.
Qeyd edib ki, su şəbəkəsinə qoşulma ilə bağlı daxil olan müraciətlərin icrası üçün “Bir pəncərə” prinsipinin həyata keçirilməsi üçün bütün imkanlar əldə olunub.
Mina Mikayılova