• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

“Bakı Metropoliteni”nin Maliyyə departamentinə yeni TƏYİNAT

CƏMİYYƏT

01 Mart 2025 | 13:42

“Bakı Metropoliteni”nin Maliyyə departamentinə yeni TƏYİNAT

Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.

Bu barədə Bakıvaxtı.az-a QSC-yə istinadən xəbər verir.

A. İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 

2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-də və “Azərsun Holdinq” MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.


SON XƏBƏRLƏR

28 Fevral 2025