Ukrayna Prezidenti Volodimir Zelenski Fox News-a müsahibə verib.
Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, müsahibəsində keçmiş ABŞ Prezidenti Donald Tramp ilə yaşanan gərginliyi dəyərləndirib və ondan üzr istəməsini tələb edəcək bir səhv etmədiyini bildirib.
Zelenski ədalətli sülh və təhlükəsizlik zəmanətləri istədiklərini vurğulayaraq, Trampın Ukraynanın tərəfində daha açıq mövqe sərgiləməsini arzuladıqlarını deyib.
O, Ukraynanın NATO-ya üzvlüyünün qeyri-müəyyənliyindən bəhs edərək, alternativ olaraq Ukraynada NATO-ya bənzər bir alyans yaradılmasını təklif edib.
Bundan əlavə, Ukraynanın ABŞ-dan 3 ildə 183 milyard deyil, 100 milyard dollar yardım aldığını, bunun əsas hissəsinin silah və maliyyə dəstəyi olduğunu bildirib.
Nuriyyə Musayeva