İran raketləri hazırda qurğulara yüklənir və ABŞ tərəfindən eskalasiya halında buraxılmağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Tehran Times” qəzeti yazıb.
Məqalədə deyilir: “Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirən Amerika lideri deyib: “Nüvə sazişində irəliləyiş olmasa, iki həftədən sonra İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəyəm”.