ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, “Axios” portalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.
İki ABŞ rəsmisi və prezidentin səfəri ilə tanış olan mənbə bildirib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra ilk xarici səfərini mayın ortalarında Səudiyyə Ərəbistanına etməyi planlaşdırır.
Qeyd edək ki, cari ilin fevral ayının əvvəlində Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanına, eləcə də İsrailə və Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib. Lakin o, bu səfərlərin mümkün tarixlərini açıqlamayıb.