• Bakı C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

İDMAN

01 Mart 2025 | 12:10

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan”ın yarımfinala vəsiqə qazanması ilə reallaşıb.

Komandalar kubok tarixində ən yaxşı nəticələrinə imza atıblar.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/2023 mövsümündə də indiki kimi iki komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/2005 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.


SON XƏBƏRLƏR

28 Fevral 2025