• Bakı 13° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Tahir Baxşıyev: "Bu kubok klubun mükafatları arasında ən vacib yeri tutacaq"

İDMAN

30 Mart 2025 | 23:46

Tahir Baxşıyev: Bu kubok klubun mükafatları arasında ən vacib yeri tutacaq

"Gənc oyunçular yaxşı oynadılar".

Bakıvaxtı.az İdman.biz-ə istinadən xəbər verir ki, bu sözləri NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan kubokunun finalında "Gəncə" üzərində qələbəni (81:72) şərh edərkən deyib.

Mütəxəssis mövsümün çətin keçdiyini vurğulayıb: "Murad Babayevin kubok oyununda olmaması öz təsirini göstərdi. Rotasiya etmək məcburiyyətində qaldıq. Gənc oyunçular yaxşı oynadılar, xüsusilə Oğuzxan Quliyev. O etimadı doğrultdu. Hüseyn Məmmədov da "Neftçi"yə qarşı yarımfinalda pis oynamadı. Biz bu qələbəyə doğru gedirdik. Bütün komanda bir məqsəd üçün çalışanda heç bir maneə olmur. İndi bu xoş hissləri yaşayıb, sonra isə çempionata hazırlaşmalıyıq".

Baxşıyev NTD-nin çoxlu çempionluqlarının olduğunu, amma bu kubokun klubun mükafatları arasında ən vacib yeri tutacağını bildirərək sözlərinə davam edib: "Federasiyaya bütün lazım olan şəraiti yaratdığı üçün təşəkkür edirəm. 2 il əvvəl finalda uduzduq. Keçən il yarımfinalda məğlub olduq. İndi isə qalib gəldik. Bütün komandanı təbrik edirəm!".


SON XƏBƏRLƏR