• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Bayram günlərində "103"-ə BU QƏDƏR müraciət daxil olub - RƏSMİ

CƏMİYYƏT

01 Aprel 2025 | 15:03

Bayram günlərində 103-ə BU QƏDƏR müraciət daxil olub - RƏSMİ

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 31.03.2025-ci il tarixlərində 24 523 çağırış daxil olub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
 
59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
 
Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.
 
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Mina Mikayılova 


SON XƏBƏRLƏR