• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub

CƏMİYYƏT

01 May 2025 | 13:50

Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub

Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub.

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron) Azərbaycan bölməsi üzrə 6 may, saat 11:00 – 5 iyun, digər dillərdə tədris üzrə 17 iyun, saat 11:00 – 17 iyul tarixlərində olacaq. 

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

Ləğv olunan təhsil müəsissələri “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.

Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.


SON XƏBƏRLƏR