ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin əldə olunması istiqamətində ciddi irəliləyiş olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, jurnalistlərə verdiyi açıqlamada bu razılaşmanın yaxın saatlarda və ya ən geci sabah elan edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında davam edən münaqişəyə son qoymaq üçün beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar intensiv şəkildə davam edir. Trampın açıqlaması isə atəşkəsə ümidləri bir qədər də artırıb.
Əli Hüseynov