• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

01 May 2025 | 14:50

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər işöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyulabilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR