• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Rüfət Səfərovun həbs müddəti uzadılıb

CƏMİYYƏT

31 May 2025 | 13:52

Rüfət Səfərovun həbs müddəti uzadılıb

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

Belə ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-dək uzadılıb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

01 Iyun 2025