"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a faktı təsdiqləyiblər.
Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.