Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vilen Qabrielyan parlamentə mandatından imtina ilə bağlı müraciət edib.
Bakıvaxtı.az-ın “Armenia-Today” portalına istinadən məlumatına görə, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti xəbər yayıb.
V. Qabrielyan 7 gün ərzində müraciətini geri götürməsə, onun xahişi təmin olunacaq.
Xatırladaq ki, Vilen Qabrielyan Gümrü şəhərində görüş zamanı jurnalistləri təhqir edərək xoşagəlməz ifadələr işlədib, hakim partiyanın 2026-cı ildə hakimiyyətdən gedəcəyini açıqlayıb.