• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

ABŞ Ukraynaya 50 milyon dollarlıq silah satacaq

DÜNYA

01 May 2025 | 12:20

ABŞ Ukraynaya 50 milyon dollarlıq silah satacaq

ABŞ Ukrayna ilə təbii sərvətlər haqqında müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollarlıq silah satmağı planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti yazıb.

Mənbələrin məlumatına görə, təchizat birbaşa satış yolu ilə həyata keçiriləcək. Bildirilib ki, əvvəlki yardımdan fərqli olaraq, yeni təchizatlar kommersiya əsasında həyata keçiriləcək.

Kiyevə verilməsi nəzərdə tutulan konkret silah növləri açıqlanmır.

Qeyd edək ki, ABŞ və Ukrayna mayın 1-nə keçən gecə təbii sərvətlər haqqında müqavilə imzalayıblar. Onun tam mətni hələ dərc edilməyib. KİV-in məlumatına görə, sənəd Ukrayna üçün birbaşa təhlükəsizlik zəmanətləri nəzərdə tutmur.


SON XƏBƏRLƏR